Musson yağışları nəticəsində yaranan daşqınlar Nepalda faciəyə səbəb olub.
Doğru.az xəbər verir ki, iyulun 9-da səhər tezdən başlayan güclü yağışlar Bhotekoshi çayı boyunca ciddi fəsadlar törədib. Associated Press-in yaydığı məlumata əsasən, hadisə nəticəsində azı 9 nəfər həyatını itirib, 19 nəfər isə itkin düşüb. Onların arasında 13 nepallı və 6 çinli var.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir, 55 nəfər artıq xilas olunub. Nepalın baş naziri Khadga Prasad Sharma Oli hadisə yerinə baş çəkərək təcili iclas keçirib.
Daşqın həmçinin Nepal ilə Çin arasında ticarət əlaqələrində mühüm rol oynayan Dostluq Körpüsünü də dağıdıb və bu, marşrut boyu yükdaşımaların müvəqqəti dayanmasına səbəb olub.
DOĞRU.AZ