İsrailin baş naziri Benyamin Netanyahu Fox News telekanalında İsrailin İran kəşfiyyatının rəhbərini və onun müavinini aradan götürdüyünü açıqlayıb.
“Sizə deyə bilərəm ki, bir neçə dəqiqə əvvəl biz Tehranda baş kəşfiyyatçı və onun müavinini də vurmuşuq”.
Bundan əlavə, Netanyahunun sözlərinə görə, İsrail kəşfiyyatı Tehranın guya Yəmən husilərinə nüvə silahı ötürməyi planlaşdırdığı barədə məlumat alıb.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin İranın qərbində onlarla hədəfə silsilə zərbələr endirməyə başladığı məlum olub.
İsrailin hücumu Tehranın şimalında magistral su xəttinin partlamasına səbəb olub.
DOĞRU.AZ