Oktyabrın 18-də Kanadanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.
Şəlalə axşam saatlarında Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanıb.
https://qafqazinfo.az/news/detail/niaqara-selalesi-azerbaycan-bayraginin-renglerine-boyandi-video-302376#t=0

























