image-2000x150px
image-123
image-ads_atlas
image-file-photo-venezuelan-president-maduro-and-colombian-ambassador-to-venezuela-rengifo-meet-in-caracasbackend

Nikolas Maduro İlham Əliyevi seçkidə qələbəsi münasibətilə təbrik edib – FOTO

image-728x90px

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Nikolas Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki