image-ads_n1karobka_mobile
image-small_plane_30032015backend

Nyu-York ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

ABŞ-ın Nyu-York ştatında göyərtəsində 6 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

“Mitsubishi MU-2B Nyu-Yorkun Kopeyka yaxınlığındakı tarlada qəzaya uğrayıb… göyərtəsində altı nəfər olub”, – idarədən bildiriblər.

Bir gün əvvəl Floridada yüngül mühərrikli təyyarə qəzaya uğradı və qəza yerində yanğın baş verdi.

Bundan əlavə, helikopter Nyu-Yorkda qəzaya uğrayaraq Hudson çayına düşüb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki