image-2000x150px
image-123
image-ads_atlas
image-ap_20208167281135-pic905-895x505-37030backend

Nyu-Yorkda polis Kolumbiya Universitetinin binasına basqın edib

image-728x90px

Nyu Yorkda polis Kolumbiya Universitetinin Fələstin tərəfdarı tələbələr tərəfindən ələ keçirilən Hamilton Hall şəhərciyinə basqın etməyə başlayıb.

Polis əvvəlcə şəhərciyi mühasirəyə alıb, daha sonra binaya basqın edib. “Washington Post” qəzetinin yazdığına görə, onlarla polis zabiti iğtişaşlar zamanı nərdivanlarla qalxaraq ikinci mərtəbədə yerləşən pəncərələrə daxil olub. Bundan sonra etiraz edən tələbələr əlləri bağlı halda binadan çıxarılmağa başlayıb.

New York Times-da mövcud olan məlumata görə, Hamilton Hallda 60-a qədər tələbə var idi. Hazırda onlardan neçəsinin polis tərəfindən saxlanıldığı barədə məlumat yoxdur.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki