Ukraynanın “Zerkalo Nedeli” nəşri yazır ki, partlayışlar gecə saatlarında Ukraynanın cənubundakı Odessada baş verib.
Nəşrin məlumatına görə, hava hücumundan müdafiə sistemi işləyirdi. Digər təfərrüatlar hazırda məlum deyil. Səlahiyyətlilər vəziyyəti şərh etmirlər.
Moskva vaxtı ilə saat 1:56-da Odessa vilayətində hava xəbərdarlığı elan edilib. Sirenlər Ukraynanın digər bölgələrində də işləyir.
Bundan əvvəl Sumı rayonunda partlayış səsləri eşidilib.
Mənbə: A haber