image-2000x150px
image-123
image-ads_atlas
image-1720242064191440855_1200x630backend

Oğuzda narkokuryer saxlanılıb – FOTO

image-728x90px

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 67 yaşlı Arif Fərəcov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkar olunub. A.Fərəcov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-172024206430649981_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki