İyulun 1-dən musson yağışlarına məruz qalan Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 154-ə çatıb.
Associated Press-in məlumatına görə, 1,5 mindən çox ev, bağça və küçələrə də ziyan dəyib.
Qeyd olunur ki, ölkənin əksər ərazilərində yağıntılar davam edir, bir neçə kənd su altında qalıb.
Hazırda Sind əyalətinin cənubunda yağışlardan zərər çəkənlərə kömək etmək üçün xüsusi olaraq yaradılmış düşərgələrdə 2 mindən çox insan var.
Pakistanda musson mövsümü iyuldan sentyabr ayına qədər davam edir.
Mənbə RT rusca