image-n1karobka_ads
image-123
image-685fc466ae5ac971c363f56fbackend

Pakistanda terror aktı nəticəsində azı 13 nəfər həlak olub

image-ad_qayo_720x110px

Pakistanın Şimali Vəziristan Agentliyində kamikadzenin hərbi karvana hücumu nəticəsində azı 13 əsgər həlak olub.

Bu barədə AFP agentliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

“Pakistanın şimal-qərbində kamikadzenin hücumu nəticəsində 13 əsgər həlak olub”, – deyə məlumatda bildirilir.

Yerli hökumət sözçüsü bildirib ki, kamikadze partlayıcılarla dolu maşında hərbi karvana hücum edib.

Daha on hərbçinin və 19 mülki şəxsin yaralandığı bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki