Papa Fransisk Stokholmda Quranın yandırılması ilə bağlı insidentdən hiddətləndiyini bildirib.
O, bu barədə Əmirliyin “Əl İttihad” qəzetinə müsahibəsində bildirib.
“Mən qəzəblənirəm, belə hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba möminlərə hörmətlə yanaşılmalıdır”.
İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr bu ərəfədə İslamın simvollarının təkrar təhqir olunmasına qarşı tədbirlər görülməsinə çağırıb.
Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Stokholmun mərkəzində Quranın yandırılması ilə bağlı aksiyadan sonra ölkə təhlükəsizlik və sərhəd nəzarətini gücləndirəcək.
Mənbə: A haber