Paskal və Modula-2 proqramlaşdırma dillərinin yaradıcısı və aparıcı konstruktoru, isveçrəli alim Niklaus Wirth 89 yaşında vəfat edib.
Bu barədə Hesablama Maşınları Assosiasiyasının (ACM) saytında məlumat verilib.
Alim yanvarın 1-də dünyasını dəyişib.
“Wirth gələcək kompüter dilləri, sistemləri və memarlıq tədqiqatları üçün əsas rolunu oynayan EULER, ALGOL-W, MODULA və PASCAL kimi bir sıra innovativ kompüter dillərini işləyib hazırlayıb”, – deyə ACM bildirib.
1984-cü ildə Wirth proqramlaşdırma dillərinin yaradılmasına görə Turing mükafatına layiq görüldü. Paskal proqramlaşdırma dili Wirth-in ən məşhur inkişafı oldu.
Mənbə: Haberler.com