image-n1karobka_ads
image-123
image-photo_127022backend

Pekində güclü yağışlar: 82 mindən çox insan təxliyə edildi

image-ad_qayo_720x110px

Çində güclü yağışların fəsadları davam edir. Şiddətli hava şəraiti səbəbindən Pekində 82 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.

Doğru.az xəbər verir ki, bu barədə şəhərin daşqınlara nəzarət qərargahı məlumat yayıb. “Xinhua” agentliyinin məlumatına görə, təxliyə ilə yanaşı 201 turizm sahəsi, minlərlə qonaq evi və yüzlərlə düşərgə ərazisi ziyarətçilərin üzünə bağlanıb. Həmçinin, təhlükəsizlik məqsədilə 3200-dən çox tikinti sahəsində işlər müvəqqəti dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl güclü yağışlar nəticəsində ölənlərin sayının 44-ə yüksəldiyi açıqlanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki