image-n1karobka_ads
image-123
image-20250620_134705backend

Pezeşkian İsrailin hücumlarını dayandırmağı münaqişəni dayandırmağın yeganə yolu adlandırıb

İran prezidenti Məsud Pezeşkian münaqişəni dayandırmağın yeganə yolunu İsrailin hücumlarına son qoymağı çağırıb.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Biz həmişə sülh və əmin-amanlığa can atmışıq, lakin indiki şəraitdə müharibəni dayandırmağın yeganə yolu heç bir şərt olmadan, eləcə də sionist terrorçuların macəralarının əbədi sona çatacağına zəmanət olmadan düşmənin təcavüzünü dayandırmaqdır”.

Əks halda İranın cavabı sərt olacaq, Pezeşkian bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, İsrailin İrana zərbələri nəticəsində dünya nüvə fəlakətindən santimetrlər uzaqdadır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki