Podolskda yanğını söndürmək üçün Mi-26 helikopteri gətirilib.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Moskva Aviasiya Mərkəzinin təyyarəsi hadisə yerində işləyir”, – departament rəsmiləri bildirib.
Fövqəladə Hallar Nazirliyi onu da əlavə edib ki, binanın dam örtüyü qismən uçub.
Podolskda yanğının sahəsi 4,8 min kvadratmetrə qədər artıb.
DOĞRU.AZ