“Wirtualna Polska” xəbər verir ki, polşalı turistlər Taylanda istirahətə gələn Rusiya vətəndaşlarının çoxluğundan narazılıqlarını bildiriblər.
Materialda bildirildiyi kimi, bu il Taylanda səyahət edən rusların sayı min faizdən çox artıb. Rusiyalı turistlərin sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı məlumatları Taylandın Turizm və İdman Nazirliyi də təsdiqləyir. Phuket adası ruslar arasında çox məşhurdur. Polşalı turistlərin sosial şəbəkələrdə şikayət etməsi Phuketdə Rusiyadan gələn qonaqların “hakimiyyəti”dir.
Wirtualna Polska polyaklara istinad edərək bildirib ki, Phuket artıq Taylanda deyil, “kiçik Rusiyaya” bənzəyir və adaya gəlsəniz, özünüzü Moskvadakı kimi hiss edə bilərsiniz.
Mənbə: Haberler.com