image-n1karobka_ads
image-123
image-66e6057a1a71466e6057a1a715172635071466e6057a1a71066e6057a1a712backend

Polşanın cənubunda daşqın baş verib

image-ad_qayo_720x110px

Polşanın cənubunda kritik daşqın müşahidə olunur və ordu xilasetmə işlərinə cəlb olunub.

Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, daşqınla bağlı 4 minə yaxın hərbçi yardım göstərir.

“Kłodzkada Nysa Bystricka çayı öz sahillərini aşdı. Skosnaya və Helmonski küçələrində artıq bir metrə yaxın su var. Mer şəhərə girişləri bağlamaq qərarına gəlib”, – nəşr yazır.

Qeyd olunur ki, şəhərdə əsas daşqın dalğası gələn gecə gözlənilir.

Radiostansiyanın məlumatına görə, daşqınlara güclü yağışlar səbəb olub.

Bundan əvvəl Rumıniyada daşqınlar nəticəsində 4 nəfər həlak olub.

İdnes həmçinin yazıb ki, Çexiya sakinlərini daşqınlara hazırlaşmağa çağırıblar.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki