image-2000x150px
image-123
image-ads_atlas
image-ilhambackend

Prezident İlham Əliyev Azərbaycan hökumətinin tərkibini təsdiqlədi

image-728x90px

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, hökumətin tərkibinə aşağıdakı şəxslər daxildirlər:

– Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

– Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

– Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;

– Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;

– Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

– Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;

– Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

– Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

– Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

– Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;

– Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;

– Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

– Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;

– Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

– Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;

– Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

– Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;

– Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;

– Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;

– Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;

– Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;

– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

– Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

– Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;

– Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

– Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;

– Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;

– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;

– Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

– Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

– Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki