image-n1karobka_ads
image-123
image-17479836085143326714_1200x630backend

Prezident İlham Əliyev: “Türk Dövlətləri Təşkilatı daha böyük zirvələrə qalxa bilər”

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarını qəbul edərkən Təşkilatın gələcək inkişaf perspektivlərindən danışıb.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı çıxışında TDT-yə üzv və müşahidəçi ölkələrin ortaq maraqlarını vurğulayaraq, bu birliyin yalnız dostluq deyil, həm də strateji tərəfdaşlıq və müttəfiqlik üzərində qurulduğunu bildirib:

“Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik, eyni zamanda qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var”, – deyə Prezident qeyd edib.

İlham Əliyev çıxışında ölkələrimizdə müsbət inkişaf dinamikası, daxili sabitlik, təbii sərvətlər, eləcə də nəqliyyat layihələri vasitəsilə qurulan əməkdaşlıq imkanlarını xüsusi vurğulayıb:

“Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Böyük coğrafiyaya sahibik. Bəzi üzv ölkələr zəngin təbii sərvətlərə malikdir. Nəqliyyat dəhlizlərimiz təkcə bizi birləşdirmir, həm də Avropa ilə Asiyanı bir araya gətirir. Üstəlik, müsbət demoqrafik dinamikanı da nəzərə alsaq, bu əməkdaşlıq böyük gələcək vəd edir.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki