image-2000x150px
image-123
image-ads_atlas
image-17106914604654330567_1200x630backend

Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub YENİLƏNİB

image-728x90px

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

“Report” xəbər verir ki, bu barədə NATO-nun “X” hesabında paylaşım edilib.

Paylaşımda deyilir ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Qeyd edək ki, Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

DOĞRU.AZ

image-17106914602251848802_1200x630 image-17106914605239122026_1200x630 image-17106914604608635044_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki