Puerto-Rikoda Ernesto qasırğası səbəbindən 730 minə yaxın ev işıqsız qalıb.
Bu barədə NBC məlumat yayıb
Bundan əlavə, su təchizatında problemlər var.
Güclü külək ağacları yıxıb, elektrik xətlərini zədələyib, leysan yağışlardan sonra ən azı üç çay sahillərindən çıxıb.
ABŞ prezidenti Co Bayden fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün əlavə maliyyə yardımı ayırıb.
Qasırğanın təsirindən ölənlər barədə məlumat verilməyib.
Daha əvvəl ABŞ-ın cənubunda Debbi qasırğası nəticəsində 6 nəfərin öldüyü bildirilmişdi.
Mənbə NBC