image-2000x150px
image-123
image-ads_atlas
image-addsdabackend

Putin matəm şamını yandırdı – VİDEO

image-728x90px

Rusiya prezidenti Vladimir Putin “Crocus City Hall”un konsert zalında terror aktı zamanı həlak olanların ruhuna ehtiram əlaməti olaraq şam yandırıb.

Doğru.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml nümayəndəsinin sözlərinə görə, prezident Novo-Oqarevodakı iqamətgahının ərazisindəki kilsədə şam yandırıb.

Bir gün əvvəl Rus Pravoslav Kilsəsinin (ROK) mətbuat xidməti martın 24-də bütün Moskva kilsələrində “Crocus” faciəsi qurbanlarının xatirəsinə liturgiyaların keçiriləcəyini bildirmişdi . Patriarx Kirill terror aktı nəticəsində həlak olanlara və onların yaxınlarına xüsusi diqqət yetirilməsini tövsiyə edib.

Rus Pravoslav Kilsəsinin rəhbəri faciə ilə bağlı kilsələrin təhlükəsizliyinin artırılmasını da tapşırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki