Amerikalı Sara Uilkinson özü ilə toy mərasimi təşkil edib.
42 yaşlı Uilkinsonun dediyi kimi, o, həmişə gözəl toy mərasimi arzusunda olub.
“Uşaqlıqdan evlənmək arzusunda olan qadınlardan biriyəm. Kiçik olanda gəlinlik oynamışam: pərdə geyinib başıma plastik tac qoymuşam. 15 yaşımdan bilirdim ki, əkiz oğlan və ya üçəm qızlarım olacaq, ərimlə birlikdə qar kimi ağ hasarla əhatə olunmuş gözəl evdə yaşayacağıq”, – amerikalı paylaşıb.
Qadının yeganə uzunmüddətli münasibəti 28 yaşında başlayıb və dörd il davam edib. O vaxtdan bəri qadın özünə tərəfdaş axtarır və nə vaxtsa eşqinə rast gəlmək üçün çarəsiz qalıb, özü ilə evlənmək qərarına gəlib.
Mənbə: Gazeta.ru