Həyat hər bir insana özünün razılığı olmadan, xəbərsiz bir şəkildə Allah tərəfindən verilən lütfdür.Hər kəs dünyaya öz istəyi olmadan gələrək həyat adlı bir məfhumun necə də şirin nemət olmasının dərkinə varır. Hər bir insan istəyindən asılı olmadan yaşamının uşaqlıq, gənclik və qocalıq mərhələrinin iştirakçısı olur. Eyni zamanda həmin mərhələlərə aid olan prinsip və qaydalara da tabe olmaq məcburiyyətində qalır. Uşaqlıq və yeniyetməlik dönəminin yalnız bir görüntüsü olan məktəb həyatı, gəncliyin tərkib hissəsi olan tələbəlik, daha sonra irəlidə insanı gözləyən iş həyatı, evlilik, qocalıq çağının təzahürləri və s. Bu dünyada hərəmiz Tanrı tərəfindən qismətimizə düşən bir ömür payı yaşayırıq. Kimi az yaşayır, kimi çox yaşayır, kimi ona verilən ömür payına az baxır, kimi çox. İnsan ömrünün uzunluğunu isə yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır.İnsanın hamı tərəfindən eyni məhəbbətlə sevilməsi, bu dünyanı tərk etdikdən sonra da hər zaman minnətdarlıq hissi ilə xatırlanması hər kəsə qismət olan xoşbəxtlik deyil.İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir.
Maraqlı insanlarla rastlaşmagım artıq həyat tərzimə çevrilib desəm dogru olar. Hər dəfə də onların bir-birindən fərqli baxışları, fərqli düşüncələri diqqətimi çəkib. Özünəməxsus davranışları və bir az da səmimiyyəti, sadəliyi ilə diqqət çəkən gizli qəhrəmanımız haqqında nələrsə yazmagı özümə borc bildim.
Həyat əqidə sahiblərini sevir. Ömrünü, həyatını, zamanını Vətən deyərək yaşayan və yaşadan, saglamlıgını vətən yolunda itirən qəhrəmanımız Şahin Əliyevi zamanın süzgəcindən süsülüb gələn bir keçmişi vardır.
Onun böyüklüyü Vətənə sonsuz sevgisi, ədalətə inamı, insanlara diqqətidir. Qəhrəmanlıgı örnək, cəsarəti dillər əzbəridir.
Həyatın da, insanların da, zamanın da hər üzünü görmüş qəhrəmanımız Birinci Qarabag müharibəsinin şahidi və yaşayan şəhidi olaraq əqidə sahiblərinin qələmində, ürəyində, səsində, düşüncəsində , addımlarındadır.
DOĞRU.AZ