image-2000x150px
image-123
image-ads_atlas
image-img-20230814-wa0098backend

Osloda S.Abbaszadənin “Qarabağı gözəl gördüm”adlı sərgisi nümayiş olunub – Fotolar

image-728x90px

 5- 13 avqust tarixlərində Oslo Beynəlxalq Uşaq  İncəsənət Muzeyində – (The International Museum Of Children’s Art’s) Norveç Azərbaycan Gənclər Təşkilatı(NAYO), Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə vətənpərvər və istedadlı 14 yaşlı şagirdimiz  Səlim Abbaszadənin “Qarabağı gözəl gördüm”adlı  ilk sərgisi keçirilib.

Sərgidə məktəbin şagirdləri, müəllimləri, Norveçdəki Azərbaycan icmasının üzvləri və muzey ziyarətçiləri iştirak ediblər.  S.Abbaszadənin sərgisində  əsasən Azərbaycanının işğaldan azad olunmuş ərziləri ilə bağlı rəsmləri nümayiş olunub. Sərgidə  nümayiş olunan rəsmlər   arasında  Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən “Gövhər Ağa məscidi”, “Şahbulaq qalası”, gözəllik və zəriflik simvolu olan “Xarıbülbül” çiçəyi və “Tıq-tıq xanım” rəsmi sərgi iştirakçıları tərəfindən çox böyük maraqla qarşılanıb.

Sərgidə iştirak edən  S.Abbaszadə sərgi iştirakçılarına Azərbaycan və Qarabağın tarixi  və  çəkdiyi hər bir rəsm haqqında norveç və ingilis dillərində məlumat verib.

Sözügedən muzeyin direktoru Angela Goldin  S.Abbaszadənin  rənglərin, fırçanın və istedadının köməyi ilə  çəkdiyi təbiət rəsmlərində təsvirlərin    gözəl ,ecazkar və maraqlı olduğunu qeyd edib və bildirib ki, gənc rəssamın rəsmləri “soyuq şimal”a günəş,istilik ,sülh,gözəl və birlik bəxş edib.

Rəhbəri olduğu muzeyin əsas üç funksiyası olduğunu deyən A.Goldin bildirib ki, əsas məqsədləri dünya  hər yerindən olan uşaqların rəsmlərini toplamaq,qorumaq və gənc istedadların rənglər dünyasını gələcək nəsillərə ötürməkdir. A.Goldin muzeyin ideyalarından irəli gələrək belə istedadlı və yenilikçi gənclərlə tanış olmaqdan çox məmnun olduğunu bildirib ,gələcəkdə də  S.Abbaszadə  və məktəbin digər istedalı şagirdləri ilə də əməkdaşlıq edəcəyini vurğulayıb.

Sərginin sonunda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdi Aida Ramberq Sözləri Baba Vəziroğluna və musiqisi Cavinşir Quliyevə məxsus “ Qarabağı gözəl gördüm” mahnısını ifa edib.

S.Abbaszadə “Xarıbülbül” və “Tıq-tıq xanım” rəsmlərini muzeyə hədiyyə edib. Artıq  muzeydə 185 ölkədən olan uşaqların müxtəlif mövzularda nümayiş olunan rəsmləri arasında şagirdimiz S.Abbaszadənin də  rəsmləri yer alacaqdır.

Qeyd edək  ki,S.Abbaszadə sözügedən  muzeydə sərgisi nümayiş etdirilən ilk azərbaycanlı gənc rəsaamdır.

Qeyd edək ki, muzeyin direktoru A.Goldin bildirib ki, 1996-cı ildə Norveçə rəsmi səfəri çərçivəsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Beynəlxalq Uşaq İncəsənəti Muzeyini ziyarət edib və milli geyimli Azərbaycan gəlinciklərini (kuklalarını) muzeyə hədiyyə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki