image-n1karobka_ads
image-123
image-68036482ae5ac944ec79fb87backend

Qazaxıstanda uşaq komandasının olduğu mikroavtobus aşıb, məşqçi ölüb

Qazaxıstanın Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb; Regional polis idarəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, məşqçi həlak olub.

İdarədən bildirilib ki, qəza Astana-Ereymentau-Şidərtı avtomobil yolunda baş verib.

Hadisə nəticəsində komandanın məşqçisi yerindəcə keçinib, uşaqlar isə xəstəxanaya yerləşdirilib.

Qeyd edildiyi kimi, “Mercedes” markalı mikroavtobusun sürücüsü yük avtomobilini ötərkən onun aşıb.

Kabində 14-16 yaş arası ümumilikdə 16 uşaq və onların məşqçisi olub.

Polis idarəsi əlavə edib ki, futbol komandası yarışlar üçün Pavlodardan Astanaya gedirmiş; idman məktəbinin rəhbərliyi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, nəticədə patrul müşayiəti təmin edilməyib.

Yakutiyada aprelin 2-də mikroavtobusun iştirakı ilə baş verən yol qəzası nəticəsində beşi azyaşlı olmaqla 13 nəfər yaralanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki