image-n1karobka_ads
image-123
image-7bgmkexbmergqlzevwfq7zwvwxmhmfx2uhqn5hj9_1200backend

Qənirə Paşayevanın xatirəsinə büst hazırlandı – FOTO

Doğru.az xəbər verir, mərhum millət vəkili, tanınmış ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə ithaf olunmuş büst hazırlanıb.

Büstün müəllifi tanınmış heykəltəraş Elxan Zeynalovdur. O, sosial şəbəkədə paylaşım edərək bu sənət nümunəsini Qənirə Paşayevaya olan dərin hörmət və ehtiramla ərsəyə gətirdiyini bildirib:

“Dərin hörmət və ehtiramla bu büstü millət vəkili, ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr etmişəm. Onun milli ruhu, güclü iradəsi və mənəvi zənginliyi bu əsərdə əks olunmağa çalışılıb.

Bu iş mənim üçün sadəcə sənət yox, həm də bir borc idi – onu tanıyan və sevən biri kimi.”

Qeyd edək ki, Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində vəfat etmişdi.

DOĞRU.AZ

image-npokblcj3ocapzcnqflgkefilmwl3hmvflwgy80m_640 image-hik74jjqnx1v4qv78chxsb6tjaso96wf9kjk18zn_640 image-uyc0s0ntqfdzdrgtzyos1hmj6cct7rbrmheounfs_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki