image-ads_n1karobka_mobile
image-68aea443ae5ac9413657c70abackend

Qırğızıstan dağlarında alpinistlər həlak olub

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ölkə dağlarında həlak olan alpinistlərin sayını dəqiqləşdirir.

Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, avqust ayında İssık-Kul vilayətinin dağlarında dörd alpinist həyatını itirib: iki iranlı, bir italyan və bir rusiyalı.

Agentliyin mənbəsi bildirib: “Daha çox ölən ola bilər. Hazırda bu məlumat dəqiqləşdirilir.”

Qeyd edək ki, əvvəlcə rusiyalı alpinist Nataliya Naqovitsinan itkin düşmüş elan olunmuşdu. O, avqustun 12-də Tyan-Şanın ən yüksək nöqtəsi olan Pobeda zirvəsindən enərkən ayağından zədə alıb. Digər alpinistlər onu xilas etməyə çalışsalar da, çətin hava şəraiti buna imkan verməyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki