Qırğızıstanın Oş şəhərində Vladimir Leninin ən hündür abidələrindən biri sökülüb.
Bu barədə TASS yerli sakinlərə istinadən məlumat yayıb.
Sevgi parkı və Toktoqul Satılganov parkının yanında yerləşən abidənin hündürlüyü təqribən 25 m-dir.
Abidənin başqa yerə köçürülüb-köçürülməyəcəyi və ya tamamilə söküləcəyi ilə bağlı yerli hakimiyyət orqanları hələ ki, cavab verməyib.
Bundan əvvəl Ukraynada Vladimir Leninin Odessadakı abidəsi sökülüb.
DOĞRU.AZ