Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası prokurorluq orqanlarında fəaliyyət göstərən mərhum Xanoğlan Şıxəliyevin 66-cı il dönümünə həsr olunan “Qısa ömrün xatirələri”adlı kitabın təqdimatı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və mərhum prokuror Xanoğlan Şıxəliyevin xatirəsi də bir dəqiqəlik sükutla yad edib. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, prokurorluq işçiləri, şəhid ailələri, təhsil və səhiyyə işçiləri, mərhumun yaxınları iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Milli məclisin deputatı Arzu Nağıyev, Yazıçı Müşfiq Abbasov,Əməkdar məşqçi və Güləş federasiyasının prezidenti Hicran Şərifov çıxışlarında Azərbaycan Prokurorluğunun Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu illər ərzində xalq qarşısında öz layiqli yerini tutduğunu, dövlətçiliyimizin təməllərindən hesab edilən mühüm təsisata çevrildiyini və hazırda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində öz üzərinə düşən vəzifələri uğurla davam etdirdiyini bildiriblər.
Xanoğlan Şıxəliyev uzun müddət prokurorluq orqanlarında çalışmış, sıravi müstəntiq vəzifəsindən müstəqil rayon prokuroru vəzifəsinə qədər irəli çəkilib, Respublika prokurorluğunun mərkəzi aparatında məsul vəzifələrdə çalışıb. Xanoğlan Şıxəliyevlə bağlı həmkarları və digərlərinin verdiyi müsahibələr “Qısa ömrün xatirələri” kitabında yer alıb.
Mərhumun qızı, “Qısa ömrün xatirələri” kitabının müəllifi Nuranə Şıxəliyeva Vətən və vətəndaşı sevməyin böyük bir əxlaqi keyfiyyət olduğunu bildirib: “Bir vətəndaş kimi mənsub olduğumuz millətin, xalqın mənəvi dəyərlərini dərindən bilməliyik. Dövlət rəmzlərimizi göz bəbəyi kimi qorumalı, hüquqlarımızı bilib, qanunlarımıza əməl etməliyik. Atam bizi bu ruhda tərbiyə edib. Biz doğma Vətənimizi, Azərbaycanımızı çiyinlərimizə qaldırıb daha işıqlı sabahlara, aydın gələcəyə aparmağa borcluyuq. Atamın gənc nəslə tövsiyəsi və ən böyük arzusu da bu idi”.
Mərasim bədii hissə ilə davam etdirilərək ölkəmizi Amerikada təmsil edən,orda yaşayan əslən ata babaları Azərbaycanın Şuşa şəhərindən olan Gül Məri xanım davam etdirərək bütün dünya Azərbaycanlılarına eşq olsun deyərək,Sizə salam gətirmişəm ifası ilə tədbir iştirakçılarına xoş və yadda qalan anlar yaşatdı.
DOĞRU.AZ