image-2000x150px
image-123
image-ads_atlas
image-9b07a063-4291-30c9-bd4b-450787320148_850backend

QMİ sədri: “Azərbaycan İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir”  

image-728x90px

Azərbaycan dünyada multikulturalizm və İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada İslam dəyərlərinin fəal müdafiəçisi, islamofobiyaya qarşı qətiyyətli mövqeyini ali beynəlxalq kürsülərdən ifadə edən, sivilizasiyalararası dialoqa dair çoxsaylı forumların təşəbbüskarı, Mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir:

“Bakı dünya dini liderlərinin iki ümumdünya Sammitinə evsahibliyi edib. Azərbaycanın türk-İslam dünyasının mənəvi birliyinin rəsmiləşdiyi məkan kimi çıxış etməsindən qürur duyuruq. Müsəlman Dini liderlərinin Şurası olaraq Türk Dövlətləri Təşkilatında müdrik dövlət rəhbərlərimizin bəşəri əhəmiyyətli və dövlətlərimizin mənafelərinə xidmət edən qərar və ideyalarının dünya miqyasında dini liderlərə və dindarlara çatdırılması üçün bütün qüvvə və imkanlarımızdan, xitabət kürsülərindən yararlanmaq bizim üçün şərəf olacaq. Biz Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviqi üçün birgə səylərimizi əsirgəməyəcək, beynəlxalq əhəmiyyətli forumlar təşkil edəcək, müqəddəs bayramlarımızı birgə keçirəcək, türk dövlətlərimizin dini və mənəvi mühitinə müdaxilələrin, dindən hər hansı məqsədlər üçün sui-istifadə hallarının, hər hansı ideoloji təxribatların qarşısını birgə səylərlə alacağıq, inşallah. Dünyada islamofobiya və türkofobiya meyllərinin qarşısının alınması yönündə həyata keçirilən işlərdə fəal iştirak, türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği Şuramızın bir Mərkəz olaraq üzərinə düşən vəzifələrdəndir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki