image-2000x150px
image-123
image-ads_atlas
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri şagirdi döyübbackend

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri şagirdi döyüb

image-728x90px

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

APA xəbər verir ki, hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Nizam Ramiz oğlu Mirzəyevi döyüb.

Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki