Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza¬nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sər¬hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
Doğru.az xəbər verir ki, bu barədə “Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina¬la¬dığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən¬dis-istehkam bölmələri tərəfin¬dən hazırda minalar¬dan təmizlənilir.
31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxın¬lı-ğın¬da 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərə¬fin-dən zərərsizləşdirilibdir.