Qusar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb.
Doğru.az xəbər verir ki, qaz sobası ilə qızdırılan evdə yaşayan bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə nəticəsində ev sahibi Faiz Sadikov, həyat yoldaşı Zalina Sadikova və onların 7 və 5 yaşlı iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, ailə üzvlərinin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ




























