image-n1karobka_ads
image-123
image-17460922734058130746_1200x630-1backend

Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev “Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki