image-2000x150px
image-123
image-ads_atlas
image-1649913814_1649228821_untitled-1backend

Rəşad Nəbiyevə vəzifə verildi

image-728x90px

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

Doğru.Az İJF-nin rəsmi saytına istinadən xəbər verir ki, o, ali cüdo qurumu nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Komissiya daha yüksək nəticələrə imkan yaratmaq üçün müasir texnologiyalar, onların idmançıların mənafeyi naminə uyğunlaşdırılması və tətbiqi ilə məşğul olacaq.

Komissiyanın direktoru gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda iş təcrübəsinə malik David Kevxişvili olacaq.

Sədr və direktor cüdonu inkişaf etdirəcək, bu növün inkişafına yardımçı olacaq, onu idmançıların fərdi irəliləyişi, elə də cəmiyyətin xeyrinə müasir vasitə kimi inteqrasiya etdirəcək.

Qeyd edək ki, Rəşad Nəbiyev ACF prezidenti vəzifəsinə 2021-ci il noyabrın 1-də seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki