image-n1karobka_ads
image-123
image-6840a000ae5ac974077d4c10backend

Roma Papası Putini Ukraynada sülhü təşviq etmək üçün jest etməyə çağırıb

image-ad_qayo_720x110px

Roma Papası XIV Leo Rusiya lideri Vladimir Putinlə söhbətində Ukrayna nizamlanmasında sülhün bərqərar olmasına kömək edəcək jest etməyə çağırıb.

Bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.

“Papa Rusiyanı sülhü təşviq edəcək jest etməyə çağırıb və tərəflər arasında müsbət təmasların yaradılması və münaqişənin həlli yollarının tapılması üçün dialoqun vacibliyini vurğulayıb”, – RİA Novosti onun sözlərini sitat gətirib.

Bundan əvvəl məlum olub ki, Putin Roma Papası ilə telefon danışığı zamanı pontifikin diqqətini Ukrayna tərəfdən münaqişənin gərginləşməsinə yönəldib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki