Roma Kolizeyinin yaxınlığında yerləşən İmperator Konstantinin Zəfər tağını ildırım vurdu və parçaları qopdu.
Doğru.az xəbər verir ki, bu barədə Adnkronos xəbər agentliyi məlumat yayıb.
Eyni zamanda, Konstantin tağına rəhbərlik edən Kolizey arxeoloji parkının rəhbərliyi əmin edib ki, hadisədən sonra texniki mütəxəssislər operativ şəkildə işə başlayıb.
“Bütün fraqmentlər götürülərək təhlükəsiz yerə yerləşdirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb, analiz sabah səhər davam etdiriləcək”, – məlumatda deyilir.
Aprel ayında Nyu Yorkdakı Azadlıq heykəlini ildırım vurdu.
İyulun 28-də Moskva yaxınlığındakı Patriot parkında insanları ildırım vurub . Hadisə nəticəsində bir nəfər ölüb.
DOĞRU.AZ