image-2000x150px
image-123
image-ads_atlas
image-2-pic_32ratio_900x600-900x600-70605backend

Rusiya baş prokuroru “Şimal axını”nda baş verən partlayışlarla bağlı istintaqın gedişatını açıqlayıb

image-728x90px

Rusiyanın “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlarla bağlı araşdırması davam edir.

RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov bildirib.

“Araşdırmamız irəliləyir. Hazırda qaz kəmərlərinin zədələnməsinin səbəblərini, onların yerini, partlayıcı qurğuların xüsusiyyətlərini və gücünü müəyyən etmək üçün texniki ekspertizası aparılır”, – Krasnov bildirib.

O qeyd edib ki, Qərb ölkələrinin (Almaniya, Danimarka, Finlandiya, İsveçrə və İsveç) Rusiya Federasiyası ilə birgə partlayışları araşdırmaqdan imtina etmək qərarı onların real araşdırma aparmamasından xəbər verir.

Krasnovun sözlərinə görə, magistralın zədələnməsi Qərbin razılaşmadığı təxribat deyil, terror aktıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki