image-ads_n1karobka_mobile
image-439815340_963340958575518_5757685225156459156_nbackend

Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər

image-add-a-heading

Rusiya Silahlı Qüvvələri “Donetsk Xalq Respublikası”nın (DXR) Berdıçi kəndini nəzarətə götürüb.

Bu barədə mayın 2-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz” qoşun qruplaşmasının bölmələri fəal hərəkətlər nəticəsində “Donetsk Xalq Respublikası”nın Berdıçi qəsəbəsini tamamilə azad edib”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Bundan əlavə, Rusiya hərbçiləri “DXR”in Vozdvijenka, Kalinovo, Sokol, Novopokrovskoye və Proqres yaşayış məntəqələrinin ərazilərində müdafiə qüvvələrinin taktiki vəziyyətini yaxşılaşdırıb və Ukrayna Silahlı Qüvvələrinin birliklərini məğlub ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki