image-2000x150px
image-123
image-ads_atlas
image-showpic_el100-1backend

Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəldi – FOTOLAR

image-728x90px

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

Doğru.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.

“Bu gün 25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”,- deyə Bulqakov açılışda qeyd edib.

O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə, sülhməramlılara ixtisaslı yardım göstəriləcək. Onun sözlərinə görə, səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq.

Mərasimin son hissəsində Bulqakov fərqlənən hərbçilərə Rusiya Federasiyasının dövlət mükafatlarını təqdim edib.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki