image-2000x150px
image-123
image-ads_atlas
image-18jpg-1646895285backend

“Rusiya niyə Ukraynadakı məğlubiyyətini Qarabağla ört-basdır etmək istəyir?” – Könül İsmayılova

image-728x90px

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova öz Facebook səhvəsində cəbhədəki gərginliklə bağlı status yazıb.

Məsələnin aktuallığını nəzərə alaraq PİA.az Müasir Müsavat Partiyasının sədr müavinin statusunu oxuculara təqdim edir:

Könül İsmayılova Rusiyanı nəzərdə tutaraq bildirib ki, hər bir ölkə etdiyi hər səhvə də, düzgün addıma da cavabdeh olmalıdır:

“Rusiya Ukraynaya işğalçı yürüş etdi və orada da məğlub olur. Rusiya niyə Ukraynadakı məğlubiyyətini Qarabağla ört-basdır etmək istəyir? Rus qoşunlarının Ukraynada acınacaqlı vəziyyətə düşməsindən sonra Qarabağ cəbhəsində də vəziyyət pisləşdi. Buradan da belə sual ortaya çıxır ki, hər dəfə Rusiyanın hansısa səhv addımının cavabını Azərbaycan ödəyəcək? Putin Ukraynaya işğalçı yürüş etməklə çox böyük səhvə yol verdi. Amma bunun Azərbaycanla əlaqəsi yoxdur. Hər bir ölkə etdiyi hər səhvə də, düzgün addıma da cavabdeh olmalıdır. Əgər ölkə atdığı addımlara başqa ölkələr hesabına cavab vermək istəyirsə, onda o ölkənin gələcəyi də yoxdur.

Bildiyimiz kimi cəbhədə vəziyyət yenidən gərginləşib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərimizi atəşə tutub. Hər dəfə deyirik yenə də deyək. Bəs ermənilər sülhməramlıların yerləşdiyi ərazidən Azərbaycan üçün təhlükə olacaqdırsa, onda sülhməramlıların torpaqlarımızda nə işi var?

Müasir Müsavat Partiyasının sədr müavini bütün olanara rəğmən Xankəndinə, Xocalıya da bayrağımızı sancacağımıza inandığını vurğulayıb:

Şəhidlərimiz qanı bahasına torpaqlarımızı azad etdi. İndi o torpaqlardan ordumuz ataəşə tutulur. Bu hala niyə sülhməramlıların komandiri səssiz qalır? Əgər sülhməramlılar komandirdən əmr almasalar oradakı ermənilərə də atəş açmağa icazə verməzlər. Belə oıan halda bizə sülhməramlılar lazım deyil. Artıq onların Qarabağdan çıxarılmasının vaxtıdır.

Qarabağdakı Rusiya sülhməramlılarının bir qisminin Laçın dəhlizi ilə Azərbaycan ərazisini tərk etdiyinə dair görüntülər yayılıb. İddia olunur ki, Rusiya sülhməramlılarının bir hissəsi Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarılır. Buradan da görünür ki, sülhməramlı ancaq onların adıdır. Əslində onlar işğalçı ölkənin işağalçı qoşunlarıdır.

Mən inanıram ki, 30 il müddətində işağlda olan torpaqlarımızı düşməndən azad edən ordumuz Xankəndinə, Xocalıya da bayrağımızı sancacaq. Bu gün də çox uzaqda deyil. Xankəndimiz, Xocalımız da azad edilməlidir. O torpaqlar da öz doğma sakinlərini gözləyirlər.

Onsuzda Azərbaycan ordusu Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məhv etdi. Onların indi nə ordusu, nə də silahı var. Qalib ölkənin ordusu və vətəndaşı olaraq bütöv Azərbaycan olacağımıza inanırıq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki