image-n1karobka_ads
image-123
image-667adb6f02e8bd6ee9731fa1backend

Rusiya səfirliyi Keniyadakı rusları etirazlar fonunda evdə qalmağa çağırıb

image-ad_qayo_720x110px

Rusiyanın Nayrobidəki səfirliyi Keniyadakı Rusiya vətəndaşlarını evlərini tərk etməməyə və insanların sıx olduğu yerlərdən qaçmağa çağırıb.

Bu barədə diplomatik nümayəndəliyin Teleqramında deyilir.

“Keniyada vəziyyətin daha da pisləşməsi ilə əlaqədar olaraq, biz ölkədəki Rusiya vətəndaşlarına çox zərurət olmadıqca yaşayış yerlərini tərk etməməyi tövsiyə edirik”, – bəyanatda deyilir.

Diplomatik nümayəndəlik həmçinin Nayrobi, Mombasa, Kisumu, Kakameqa, Eldoret, Nakuru, Nanyuki, Nyeri, Kisii, Kilifi, Embu və Kericho kimi ərazilərdə Keniyanın qanuni orqanlarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə əməl etməyə və sayıq olmağa çağırıb.

“İyunun 27-də nümayişçilər Nayrobi şəhərinə gedən əsas giriş yollarını bağlaya bilərlər”, – diplomatik missiya əlavə edib.

Bundan əvvəl məlum olmuşdu ki,  Keniyada hüquq-mühafizə orqanları  vergilərin artırılması ilə əlaqədar etirazçılara qarşı rezin güllələrdən istifadə ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki