image-n1karobka_ads
image-123
Rusiya və Türkiyə hərbiçiləri ortaq olaraq monitorinq xidmətinə hazırlaşırlar. FOTOLARbackend

Rusiya və Türkiyə hərbiçiləri ortaq olaraq monitorinq xidmətinə hazırlaşırlar. FOTOLAR

image-ad_qayo_720x110px

“Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək rus hərbçilər atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar”.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir.

“Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər. Rusiya və Türkiyə tərəflərinin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”, – deyə açıqlamada qeyd olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki