image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-44backend

Rusiyada dövlət bayrağının asılması bütün təhsil müəssilərində məcburi oldu

image-728x90px

Rusiya Prezidenti Vladimir Putin yeni tədris ilindən etibarən bütün təhsil müəssisələrinin binalarında və onların ərazilərində Rusiya Federasiyasının Dövlət bayrağının asılmasını məcburi edən qanunu imzalayıb.

Qanun Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Əvvəllər Rusiya Federasiyasında yalnız ümumi təhsil müəssisələri (məktəblər, gimnaziyalar və liseylər) öz ərazilərində Dövlət bayrağını asmaq məcburiyyətində idilər.

Qəbul edilmiş qanun bu tələbi mülkiyyət formasından asılı olmayaraq bütün təhsil təşkilatlarına şamil edir.//Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki