Rusiya Dövlət Dumasının əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin üzvü Svetlana Bessarab iş həftəsinin 40 saatdan 36 saata endirilməsini təklif edib.
Bu barədə “Lenta.ru” məlumat yayıb.
Parlamentarinin fikrincə, iş həftəsinin belə uzunluğuna inkişaf etmiş ölkələrdə müraciət olunur və bu, Rusiyanın əmək bazarının imkanlarına tam uyğundur.
Bessarab vurğulayıb ki, məsələn, ən yüksək həyat standartlarından biri olan Hollandiyada iş həftəsi 33 saatdır və Rusiya bu istiqamətdə “proqressiv olmalıdır”.
“Bütün kateqoriyalı işçilər üçün iş həftəsinin azaldılması barədə ciddi danışmağın vaxtı çatıb. İndi rəqəmsallaşma və proqram təminatının inkişafı nəzərə alınmaqla, əməyin səmərəliliyi dəfələrlə artıb və biz işçilərə 50 il əvvəl necə yanaşırdıqsa, elə də yanaşırıq”, – deyə deputat qeyd edib.
Mənbə: Lenta.ru