image-2000x150px
image-123
image-ads_atlas
image-bb130a5c-a6d7-3137-aec7-940913938f9c_850backend

Rusiyada prezident seçkilərində seçici fəallığı açıqlanıb

image-728x90px

Martın 17-də axşam saatlarına olan məlumata əsasən, Rusiyada prezident seçkilərində seçki məntəqələrində seçici fəallığı 73 %-i ötüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Seçki prosesinin gedişi ilə bağlı məlumatlara əsasən, Moskva vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) ölkə üzrə şəxsən iştirak 73,3 % təşkil edib.

Eyni zamanda, Mərkəzi Seçki Komissiyası açıqlanan nəticələrdə məsafədən elektron səsvermədə iştirakın nəzərə alınmamasına aydınlıq gətirib.

MSK-nın məlumatına görə, Rusiyanın Kalininqrad vilayəti istisna olmaqla, bütün regionlarındakı seçki məntəqələri hazırda işini başa çatdırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki