image-n1karobka_ads
image-123
image-himarsbackend

Rusiyaya raket zərbəsi ENDİRİLDİ

image-ad_qayo_720x110px

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən pilotsuz uçuş aparatları istehsal edən zavoda raket zərbəsi endirib.

Doğru.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, zərbə “Atlant Aero” müəssisəsinə endirilib. Həmin zavod “Molniya” kəşfiyyat dronları və “Orion” tipli hücum PUA-larının layihələndirilməsi, istehsalı və sınaqlarını əhatə edən tam istehsal dövrünü həyata keçirib.

Baş Qərargahın açıqlamasında qeyd olunub ki, obyektin sıradan çıxarılması Rusiyanın pilotsuz uçuş aparatları istehsal etmək imkanlarını zəiflədəcək və Ukrayna ərazisində mülki hədəflərə zərbələr endirmək potensialını azaldacaq.

Məlumata görə, zavodun istehsal binalarının yerləşdiyi ərazidə partlayışlar və yanğın qeydə alınıb. Hadisənin nəticələri ilə bağlı əlavə məlumat verilməyib.

Mənbə: Ajans.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki