image-2000x150px
image-123
image-ads_atlas
image-12jpeg-1649500312-2backend

Sabah da KÜLƏK əsəcək – HAVA PROQNOZU

image-728x90px

Azərbaycan ərazisində aprelin 23-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 16-20, Bakıda gecə 10-12, gündüz 18-20° C isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 0-5, gündüz 11-16° C isti olacaq.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki