image-2000x150px
image-123
image-ads_atlas
image-img-20231123-wa0107backend

“Sağlam həyat naminə” adlı tədbir keçirilib – Foto

image-728x90px

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019 – cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir.

Bu mövzuya həsr olunmuş “Sağlam həyat naminə” adlı növbəti tədbir 23 noyabr 2023 – cü il tarixində saat 14:00 – da baş tutdu.

Tədbiri muzeyin əməkdaşı Ümidə Hacıyeva giriş sözü ilə açaraq bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə məlumat verdi. Ardınca iştirakçılara bu mövzuda hazırlanmış videoçarx nümayiş olundu.
Tədbir çərçivəsində Bakı şəhər Baş Polis İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədr müavini, psixoloq Ofeliya Əliyeva yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış etdilər. Həmçinin qonaqlara ünvanlanan əlavə suallar da ətraflı şəkildə cavablandırıldı.

Auditoriya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.
Sonda xatirə şəkli çəkildi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki